• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ərəb mətbuatı ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik

 Azərbaycanda parlament seçkilərinin gedişini işıqlandırmaq üçün ölkəmizə səfər edən Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir qrup jurnalisti ilə görüş keçirildi.

İdarə Heyətinin sədri Aslan Aslanov görüş zamanı Azərbaycan və ərəb ölkələri arasında münasibətlərin tarixindən, media qurumlarının apardıqları informasiya mübadiləsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına verdiyi töhfələrdən danışdı. Qonaqlar ölkəmizdə dinamik inkişafın, mətbuat və söz azadlığının, seçki prosesinin şəffaf və demokratiya prinsiplərinə uyğun təşkil edildiyinin şahidi olduqlarını bildirdi və bunu yüksək qiymətləndirdilər.

“Bu xoş münasibətlər fonunda mətbuatınız ilə ərəb ölkələrinin informasiya agentlikləri arasında da sıx tərəfdaşlıq əlaqələri yaranmışdır. Biz Misirin MENA, Səudiyyə Ərəbistanının SPA, Küveytin KUNA, Livanın NNA, Birləşmiş Ərəb Əmirliklərinin WAM, Qətərin QNA agentlikləri ilə mütəmadi informasiya mübadiləsi aparırıq. Bu əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlmişik. Düşünürəm ki, bu, ümumilikdə Yaxın Şərq regionunun KİV-ləri ilə əlaqələrin daha da intensivləşməsinə təkan verəcək”, - deyə Aslan Aslanov bildirdi.