• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Pakistanlı jurnalist seçkilərə münasibət bildirdi

"Azərbaycan xalqı böyük həvəslə öz ölkəsinin və demokratiyanın möhkəmlənməsinə köklənmişdir".

Bu sözləri  Pakistanın “Daily National Herald Tribune” informasiya agentliyinin baş redaktoru Riaz Malik demişdir.

Bakıya jurnalistlərdən ibarət nümayəndə heyətinin tərkibində gələn R.Malik parlament seçkilərini işıqlandıracaq.

O, seçkilərin Azərbaycanın gələcək inkişafına və çiçəklənməsinə xidmət edəcəyinə əmin olduğunu da bildirdi:

“Ölkədə seçkilərin maksimum azad və ədalətli keçirilməsi üçün müxtəlif tədbirlər görülmüşdür. Azərbaycan xalqı ölkəsində demokratiyanın möhkəmlənməsi üçün öz vətəndaş borcunu layiqincə yerinə yetirəcəkdir”.