• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Virusdan ölənlərin sayı 618-ə çatdı

Çinin Xubey əyalətində 2019-nCoV yeni virusun törətdiyi pnevmoniyadan ölənlərin sayı 69 nəfər artaraq 618-ə çatdı. Bu barədə regionun Gigiyena və Səhiyyə Məsələləri Komitəsi məlumat yaymışdır.

Məlumata görə, əyalətdə virusa yoluxanların sayı 2,4 mindən çox artaraq ümumilikdə 22,1 mini ötmüşdür. Eyni zamanda, Xubeydə 817 nəfər sağalmışdır. Əyalətdə xəstəliyə yoluxan insanlarla təmasda olmuş 64 mindən çox vətəndaş həkimlərin daimi nəzarətindədir.