• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Prezident başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi.

Dövlətimizin başçısı Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirdi.

Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, yaralananlara və xəsarət alanlara şəfa dilədi.