• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan XİN qardaş ölkəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə baş verən qar uçqunu və sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar bu ölkəyə başsağlığı verdi.

XİN bu barədə məlumatı rəsmi “Twitter” səhifəsində yaymışdır.

Məlumatda deyilir: “Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, qardaş Türkiyə!”.