• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

XİN Şurasının iclasında müzakirə edilən məsələlər açıqlandı

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında bir sıra mühüm məsələlər müzakirə edildi.

Bunu iclasdan sonra jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Ramiz Həsənov demişdir.

Nazir müavini görüşdə, həmçinin Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğunu da qeyd etdi.

İclasda üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə münasibət qurmaq istəyən ölkələrlə bağlı məsələnin müzakirəsi də öz əksini tapmışdır.