• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Həzi Aslanovun 110 illiyi münasibətilə silsilə tədbirlər keçirilir

Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən, ölkəmizin Belarusdakı səfirliyi tərəfindən silsilə tədbirlər keçirilir.

 Azərbaycanın Belarusdakı səfirliyinin təşkilatçılığı və MDB İcraiyyə Komitəsinin nümayəndələrinin iştirakı ilə Vileyka şəhərində görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə anım tədbiri keçirildi.

Qeyd edək ki, Həzi Aslanovun özü tərəfindən bilavasitə azad edilmiş Vileyka şəhərində Azərbaycan diasporunun köməyi ilə görkəmli sərkərdəmizə əzəmətli abidə ucaldılmışdır. Həzi Aslanovun abidəsi önündə keçirilən tədbirin açılışında Böyük Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.