• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Minlərlə mütəxəssis bu regional marafona qoşulur

İnnovativ mədəniyyətin inkişafına dəstək verən Azərbaycan Beynəlxalq Bankı IBA Tech Akademiyası ilə birgə ölkəmizdə ilk dəfə olaraq regional hakaton elan etmişdir. “IBA Regional Hackathon” adı altında həyata keçirilən bu təşəbbüs FinTech sferasında ən genişmiqyaslı ideya marafonudur. Hakatonlarda müvafiq bacarıqlara malik peşəkarlar müəyyən mövzularda problemlər ətrafında bir araya gəlir. Problemləri yaradıcı şəkildə həll etmək üçün proqramlaşdırma layihələri hazırlayır.

 29 fevral - 1 mart tarixlərində keçiriləcək “IBA Regional Hackathon”unda proqramçılar, dizaynerlər, sahibkarlar, eləcə də maliyyə-texniki sahədə innovasiyaların tətbiqi və inkişafı ilə maraqlanan hər kəs iştirak edə bilər. İştirakçılar təşkilati tərəfin formalaşdırdığı komandalarda çalışacaq, digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər taparaq öz layihələrini münsiflərə təqdim edəcəklər.

“IBA Regional Hackathon”da formalaşmış komandalara bir neçə mövzu seçimi təklif ediləcək. Bununla belə iştirakçılar özləri də müstəqil şəkildə təşəbbüslər irəli sürə bilərlər. Kiçik və orta sahibkarlığa dəstək, ödənişlər, müştəri məmnuniyyəti və loyallığına dair innovativ ideya və həllərə xüsusi üstünlük veriləcək.

“IBA Regional Hackathon” Bakı Ekspo Mərkəzində təşkil olunacaq. Ətraflı məlumat və qeydiyyat üçün: https://www.ibahackathon.com