• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Koronavirus zərbəsi: Neftin qiymətini nə gözləyir?

Son iki həftədə neftin qiyməti 65 dollardan 54 dollara düşmüşdür. Bunun bir neçə səbəbi var və əsası da Çində yayılan koronavirusun iqtisadiyyata vurduğu mənfi təsirlərdir.

Bu barədə iqtisadçı ekspert İlham Şaban məlumat verdi. O bildirdi ki, Çində günlük neft hasilatının 3 milyon barrel azalması birjalarda neftin qiymətinin də düşməsinə zəmin yaratmışdır.

Əgər yanvarın 27-də neft 60 dollardan aşağı düşmüşdürsə, fevralın 4-də bu qiymət 55 dollar təşkil etmişdir. Burada məntiqi düşünmək kifayətdir, çünki bu, real bazardır. Yəni bir şey istifadə olunmursa, onun qiyməti mütləq şəkildə düşməlidir. Bazara pozitiv siqnallar gəlməlidir ki, qiymət artsın. Belə bir siqnalın olması gözlənilir. Martın əvvəlində OPEK-in iclası keçiriləcək.