• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq münasibətləri müzakirə olundu

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov fevralın 6-da Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşdü.

Nazirlər ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.

Tərəflər Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirməklə yanaşı, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etdilər.