• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə və Rusiya prezidentləri siyasi və regional məsələləri müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı oldu.

Söhbət zamanı Türkiyə Prezidenti İdlibdə münaqişələrin qarşısının alınması məqsədilə bölgəyə göndərilən Türk Silahlı Qüvvələrinin hərbiçilərinə qarşı Əsəd rejimi tərəfindən təşkil edilən hücumun Suriyada sülh üçün həyata keçirilən ortaq səylərə zərbə vurduğunu ifadə etdi. Bildirildi ki, Türkiyə oxşar hücumlara qarşı qanuni müdafiə haqqını ən sərt şəkildə qorumağa davam edəcək.

Dövlət başçıları Suriya və Liviyadakı vəziyyət daxil olmaqla regional məsələləri də müzakirə etdilər.