• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Koronavirus can almaqda davam edir...

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 24 min 365 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 491 nəfərə çatmışdır.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 23 mini ötmüşdür. İndiyədək 895 nəfər sağalaraq xəstəxananı tərk etmişdir. Virusa yoluxanlardan 3 min 219 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 479-u virusun aşkarlandığı və ən çox yayıldığı (16 min 678 nəfər) Xubey vilayətində qeydə alınmışdır.

Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə 182 adam virusa yoluxmuşdur.