• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Fevralın 8-i sükut günüdür

Milli Məclisə seçkilərlə əlaqədar fevralın 8-i Azərbaycanda “sükut günü”dür.

Həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.

Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılmışdır. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni, “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Seçkiqabağı təşviqat fevralın 8-də saat 08:00-da dayandırılacaq.

Xatırladaq ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.