• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Jubail Mangrove Park-ın açılışı oldu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında “Jubail Mangrove Park” - maraqlı manqra gəzinti parkının çoxdan gözlənilən açılışı oldu.

Park “Al Jubail Island” (Yas və Saadiyat) adaları arasında yerləşir. Parkın ümumi sahəsi 1 milyon kvadratmetrdir. Manqra cəngəllikləri içərisində su üzərindən burada 3 marşrut salınmışdır: ən uzun marşrut 2 kilometr, ən qısası isə 1 kilometrdir. Park gəzinti üçün səhər saat 9.00-dan axşam 18.30-dək açıq olur. Hazırda parka giriş pulsuzdur. Gəzintinin müddəti təxminən 35-40 dəqiqə davam edir.