• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Futbol yarışlarına start verilir

Futbol üzrə Azərbaycan Premyer Liqasının fevralın 7-8-də keçiriləcək XVI turunun oyunlarına hakim təyinatları açıqlandı.

İki günü əhatə edəcək turun açılış matçında “Sabah” və “Qəbələ” komandaları “Bank Respublika Arena”da görüşəcəklər. Saat 19:00-da başlayacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.

Günün ikinci görüşü olan “Keşlə”-“Səbail” matçının idarə edilməsi isə Əliyar Ağayevə həvalə olunmuşdur. “ASK Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Fevralın 8-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”–“Zirə” oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matç saat 17:30-da başlayacaq.

Premyer Liqanın XVI turuna həmin gün saat 20:00-da başlayacaq “Qarabağ”-“Neftçi” matçı ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunda ədaləti Rauf Cabbarov qoruyacaq.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.