• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yeni Zelandiya polisi: iki məscidə hücum nəticəsində 49 nəfər ölüb

Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən iki məscidə silahlı hücum nəticəsində həlak olanların sayı 49 nəfərə çatıb.

Bu barədə Yeni Zelandiya polisinin rəhbəri Mayk Buş bildirib. Onun sözlərinə görə, Dins-avenyu məscidində 41 nəfər, Linvud məscidində isə 7 nəfər həlak olub. Həmçinin xəstəxanalara yerləşdirilən yaralılardan biri həyatını itirib. Hazırda xəstəxanalarda güllə yarası alan 39 nəfər müalicə olunur.

Xatırladaq ki, Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən iki məscidə cümə namazı vaxtı silahlı hücum edilib. Məscidlərin birində atəş açan şəxsin Avstraliya vətəndaşı Brenton Tarrant olduğu məlumdur. O, hücumu sosial şəbəkədə canlı yayımlayıb, hadisədən öncə isə 37 səhifəlik manifest dərc edib. Brenton Tarrant öz ultra-sağ baxışları ilə tanınır. Hazırda polis onun axtarışlarını davam etdirir. Həmçinin hücumda şübhəli bilinən 4 nəfər də saxlanılıb.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri və terror aktı adlandırıb.