• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistanın tnews.uz portalı Qarabağ mətbəxi haqqında geniş məqalə hazırlayıb

Özbəkistanın tnews.uz portalı Qarabağ mətbəxi haqqında rus dilində “Qarabağ mətbəxinin xüsusiyyətləri və tarixi” sərlövhəli geniş məqalə verib.

Məqalədə Qarabağ regionunun mətbəxi haqqında ətraflı məlumat yer alıb. Bildirilir ki, bu mətbəxin yaranması və inkişafında tarixi, coğrafi və mədəni faktorların təsiri mühüm rol oynayıb.

Məqalədə Bərdə, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl rayonlarının mətbəxi haqqında ayrılıqda söhbət açılır, bu rayonlarda bişirilən xörəklər, onların oxşar və fərqli xüsusiyyətləri izah olunur.

Yazıda X əsr ərəb səyyahları Əl-İstəxri, Əl-Müqəddəs, İbn Xaykol, türk səyyahı Evliya Çələbi, türk alimi Yaşar Kalafat, rus alimi İ. L. Seqal və digərlərinin Qarabağın mətbəxi və məişəti haqqında fikirlərinə də yer ayrılıb.

Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi ilə hazırlanıb.