• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Vyanada görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib.

Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.