• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Aleksis Tsipras: Azərbaycandan gələn təbii qaz vasitəsilə Balkanları enerji mərkəzinə çevirəcəyik

Buxarestdə Rumıniyanın Baş naziri Viorika Dançila, Bolqarıstanın Baş naziri Boyko Borisov və Serbiyanın Prezidenti Aleksandr Vuçiçlə görüşü zamanı Yunanıstan Baş naziri Aleksis Tsipras Qara dəniz ilə Aralıq dənizini Azərbaycandan gələn təbii qaz vasitəsilə inşa olunacaq qaz kəməri sayəsində birləşdirmək niyyətinin olmasını bildirib.

A.Tsiprasın sözlərinə görə, artıq Rumıniya və Yunanıstanda bununla bağlı birgə şirkət yaradılıb və bu layihənin reallaşması mümkündür. Baş nazir Buxarestdəki görüşdən məmnunluğunu bildirərək, gələcəkdə Balkanların enerji mərkəzinə çevriləcəyini gördüyünü diqqətə çatdırıb.