• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Daha bir yeni məktəb binası istifadəyə verilir

Tezliklə Ağdam rayonunda daha bir modul tipli məktəb binası müəllim və şagirdlərin istifadəsinə veriləcək. Təzəkənd kənd tam orta məktəbi üçün quraşdırılan 80 şagird yerlik binada son tamamlanma işləri aparılır.

Məktəb binası 8 sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilmiş, həyətində su çəni qoyulmuş, çirkab su anbarı tikilmiş, yerə asfalt örtük döşənmişdir. Məktəbin inventar və avadanlıqları da gətirilmişdir. Hazırda həyətdə abadlıq işləri aparılır, hasarlar çəkilir.