• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özünü kəşf et

Yanvarın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.

 “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edəcəklər.

Bu layihə dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Dərslər zamanı iştirakçılar vacib olan ləvazimatlarla təmin olunacaq. Bütün lazımi avadanlıqlar  XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi tərəfindən qarşılanacaq. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər.

Yanvarın 22-dək davam edəcək ustad dərsləri çərşənbə günləri, 19:00-21:00 saatlarında keçiriləcək.