• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilmişdir

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin Sərəncamına əsasən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “Miqrasiya Könüllüsü” İctimai Birliyinin idarə heyətinin üzvləri ilə görüşdü.

Ötən il miqrasiya könüllüləri tərəfindən həyata keçirilmiş uğurlu layihələri yüksək qiymətləndirən Xidmət rəisi cari ildə də gənclərin fəaliyyətinin diqqətdə saxlanılacağını, onlara dəstək veriləcəyini bildirdi. Qeyd edildi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Dövlətimizin başçısının Sərəncamı son dövrlərdə könüllülük hərəkatının geniş vüsət alması işinə güclü təkan verəcək.