• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kart sisteminə keçid mərhələli şəkildə davam etdirilir

Nağdsız ödəniş sisteminə keçəcək növbəti marşrut xətti üzrə avtobuslar müəyyənləşdi.

Növbədə 46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardır. Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.