• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Neftimiz sərvətimizdir

2019-cu ilin dekabr ayı üzrə respublikada gündəlik neft hasilatı 771 min barrel olmuşdur. Bunun 680 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edir.

Gündəlik 457 min barrel xam neft, 84 min barrel kondensat, 19,9 min barrel neft məhsulları ixrac olunmuşdur.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair 2018-ci il 7 dekabr tarixli Razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirmişdir.

Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim etdi.