• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Parlament seçkilərinə hazırlıq işləri davam edir

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət etmişdir. Müraciət edənlərin 2354 nəfərinin namizədliyi artıq, qeydə alınmışdır. Onlardan 2247 nəfəri imza vərəqələrini götürmüş, 1764 nəfəri imza vərəqələrini qaytarmış, 934 nəfərin isə deputatlığa namizədliyi qeydə alınmışdır.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirdi.

O, qeyd etdi ki, namizədliyi qeydə alınan 934 nəfərdən 267-si siyasi partiya üzvləridir.