• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yığmamız olimpiadaya vəsiqə şansını itirdi

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şanslarını itirdi.

Bu, Niderlandın Apeldorn şəhərindəki Avropa Təsnifat Turnirində hazırda meydan sahibləri ilə Polşa arasında davam edən görüş zamanı məlum olmuşdur.

İlk 2 setdən 25:20 və 25:23 hesablı üstünlüklərlə ayrılan Polşa aktivinə ən azı daha bir xal yazdıra bildi. Birinci oyununda isə bu komanda Bolqarıstana 3:1 hesabı ilə qalib gələrək, 3 xal qazanmışdı. Beləliklə, hazırda ən azı 4 xala malik Polşa 3 oyundan 3 xal yığan Bolqarıstan və hələ xalı olmayan Azərbaycan üçün əlçatmaz olmuşdur. Növbəti mərhələyə digər vəsiqəyə isə ən azı 6 xala malik Hollandiya yiyələnmişdir.