• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran səhvə yol verdiyini etiraf etdi

Ukraynaya məxsus sərnişin təyyarəsi yanlışlıq nəticəsində İranın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulmuşdur.

Bu açıqlamanı İran Silahlı Qüvvələrinin Baş Qərargahı yaymışdır.

Açıqlamada bildirilir ki, həmin gün ölkənin silahlı qüvvələri döyüş hazırlığı vəziyyətində idi. İraqda baş verən hadisələrlə əlaqədar İran səmasının təhlükəsizliyi təmin edilirdi, nəticədə təyyarə raket atəşinə tuş gəlmişdir.

Məsələyə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də münasibət bildirdi. Nazir həlak olanların ailə üzvlərinə başsağlığı verdi, onlardan üzr istədi. Vurğuladı ki, bu kədərli hadisə insan səhvinin və regiondakı gərgin hərbi-siyasi vəziyyətin nəticəsində baş vermişdir.