• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ukrayna KİV-lərinin nümayəndələri ölkəmizə səfər edəcək

Ukrayna kütləvi informasiya vasitələrinin nümayəndələrinin bir qrupu fevralın 9-da keçiriləcək parlament seçkilərini işıqlandırmaq üçün Azərbaycana səfər edəcək.

Jurnalistlərin geniştərkibli nümayəndə heyətinin ölkəmizə səfəri fevralın əvvəlinə planlaşdırılır.

Fevralın 10-dək Ukraynanın telekanal və informasiya agentliklərinin nümayəndələri Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar reportajlar, informasiyalar hazırlayacaqlar.