• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Zakir Həsənov: "Bu, bölgədəki şəraitə mənfi təsir göstərir"

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir".

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstanın Bakıdakı səfiri Nikolay Yankov ilə görüşdə demişdir.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini vurğuladı.