• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Almaniya-Azərbaycan Birgə Layihəsi

2020-ci ildə 40-dək sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək.

Ötən il Azərbaycan tərəfindən agentliyin, Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində 38 sahibkar və menecer Almaniyada ixtisasartırma və müəssisələrdə təcrübə keçmişdir. Ümumilikdə isə, indiyədək proqramdan 422 sahibkar və menecer yararlanmışdır.