• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

KOB inkşaf mərkəzləri fəaliyyətə başlayır

2020-ci ildə ölkədə KOB inkişaf mərkəzləri fəaliyyətə başlayacaq.

Ötən il qurum tərəfindən Bakıda və ölkə regionlarında mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 23 təlim, 9 onlayn maarifləndirmə tədbiri, 7 seminar, 2 dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirildi. Biznesin inkişafı, maliyyə savadlılığının artırılması, korporativ idarəetmə, satış və marketinq, dövlət-özəl tərəfdaşlığı və sair mövzularda təşkil edilmiş tədbirlərdə 8 mindən çox KOB subyekti iştirak etdi.

KOBİA yerli və xarici ekspertlərin də cəlb olunduğu maarifləndirici tədbirlərin keçirilməsində dövlət qurumları, beynəlxalq təşkilatlar, sahibkarlar assosiasiyaları və QHT-lərlə əməkdaşlıq etmiş, bu sahədə biznes tərəfdaşlığı platformasından istifadə olunmuşdur.