• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kütləvi islahatlar üçün strateji istiqamət

Pakistanda nəşr edilən “National Herald Tribune”, “The Every Day” qəzetlərində və bu mətbu orqanların internet səhifələrində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar “Kütləvi islahatlar üçün strateji istiqamət” adlı məqalə dərc olunmuşdur.

Məqalədə Azərbaycanda aparılan sosial-iqtisadi, siyasi və inzibati islahatlar çərçivəsində ötən il parlamentin buraxıldığı qeyd edilmişdir.

Müəllif, həmçinin Azərbaycanda aparılan kadr islahatlarına, o cümlədən gəncləşmə siyasətinə toxunmuş, gənclərin öz potensiallarını göstərə bilmələri üçün yaxşı fürsət yarandığını, aparılan islahatların fevralın 9-da keçiriləcək parlament seçkilərində gənclərin yeni ideya və mexanizmlərlə iştirak etməsinə stimul verəcəyini vurğulamışdır.