• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qardaş ölkələrin nazirləri bir araya gəldilər

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz boru kəmərinin açılış mərasimi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fateh Dönməz ilə görüşdü

Görüşdə Türkiyədə təbii qaza tələbatın ödənilməsində TANAP və “Türk axını” kəmərlərinin əhəmiyyəti qeyd edildi. 2019-cu ildə Türkiyəyə 27,3 faiz çox Azərbaycan təbii qazının nəqli yüksək qiymətləndirildi.

Söhbət zamanı ikitərəfli və regional enerji əməkdaşlığına dair məsələlər müzakirə edildi. Həmçinin bərpaolunan enerji sahəsində təcrübə mübadiləsinə dair məsləhətləşmələr aparıldı.