• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ukrayna höküməti İrana və İraqa uçuşları qadağan etdi

Ukraynanın Baş Naziri Aleksey Qonçaruk öz “Facebook” səhifəsində bildirdi ki, “Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) aviaşirkətinə məxsus təyyarə İranda qəzaya uğrayandan sonra bu aviaşirkətdə növbədənkənar yoxlamalar aparılacaq.

Qonçarukun sözlərinə görə, uçuşların təhlükəsizliyinin vəziyyətini öyrənmək üçün digər aviaşirkətlərdə də əlavə yoxlamalar tədbiq olunacaq.

Xatırladaq ki, yanvarın 8-də səhər “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus təyyarə İranda qəzaya uğramışdı. İçərisində 167 sərnişin və 9 nəfər heyət üzvü olan təyyarə Tehrandan Kiyevə uçurdu. Qəza nəticəsində həlak olanlar arasında 11 Ukrayna vətəndaşı da olmuşdur.

Aviaqəzanın səbəbləri aydınlaşdırılana qədər Ukrayna hökuməti İrana və İraqa uçuşları qadağan etdi. Baş Nazir Aleksey Qonçaruk onu da bildirdi ki, İranda xüsusi komissiya aviaqəzanın təhqiqatı üzrə işə başlamışdır.