• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Əbu-Dabi Şeyx Zayed İrs Festivalı”

Birləşmiş Ərəb Əmirliklərində “Əbu-Dabi Şeyx Zayed İrs Festivalı” keçirilir. Festivalda ölkəmizi təmsil etmək üçün Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin əməkdaşı Elgün Əliyev “Cəngi” estrada və folklor rəqs ansamblı ilə birgə Əbu-Dabi şəhərinə səfər etmişdir.

Festival beynəlxalq əlaqələrin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizin mədəni sənaye potensialının ixracı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə müxtəlif ölkələrin rəqs kollektivləri ilə danışıqlar aparılır, hər bir xalqın ənənəvi milli rəqs elementləri barədə müzakirələr edilir.Fevralın 1-dək davam edəcək festivalda Azərbaycanın “Cəngi” estrada və folklor rəqs ansamblı “Bayram”, “Qaytağı”, “Dağlı”, “Naxçıvani”, “Tənzərə”, “Yallı”, “İgidlər”, “Tərəkəmə”, “Qıt-qılıda”, “Naz eləmə”, “Ağ çiçək”, “Dağlar gözəli” və “Sarı gəlin” kimi milli rəqslərimizi ifa edəcək.