• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Misir İraqa uçuşları dayandırdı

Misirin “Egypt Air” aviaşirkəti yanvarın 8-dən İraqa uçuşları dayandırdığını elan etdi. Aviaşirkət bu qərarını İraqın paytaxtı Bağdadda təhlükəsizlik üçün təminat olmaması ilə əsaslandırdı.

Misirin Mülki Aviasiya Nazirliyinin də bəyanatında bildirildi ki, uçuşların dayandırılması İraqda təhlükəsizlik bərpa olunana qədər davam edəcək. Qeyd olundu ki, aviareyslərin yenidən başlanması ilə bağlı İraq tərəfi ilə mütəmadi əlaqə saxlanılacaq. Əvvəlcədən bilet əldə etmiş tranzit və iraqlı sərnişinlər isə aviaşirkətə müraciət edərək alternativ reyslərlə yola salınacaqlar.