• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğradı

İranda Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 11 Ukrayna vətəndaşı həlak oldu. Bu barədə Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko “Twitter” səhifəsində yazmışdır.

Nazir qeyd etdi ki, qəza nəticəsində, həmçinin 82 İran, 63 Kanada, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya, 3 Böyük Britaniya vətəndaşı və 9 ekipaj üzvü həlak olmuşdur.

 Qəzaya ilkin səbəb kimi mühərrikin alışması göstərilir.