• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ankarada "Qala" yeni inzibati binanın açılışı oldu

Yanvarın 6-da Ankarada Türkiyə Respublikasının Milli İstihbarat Təşkilatının (MİT) Mərkəzi Aparatının “Qala” yeni inzibati binasının təntənəli açılışı oldu.

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı, MİT-in rəhbəri Hakan Fidanın dəvəti ilə DTX-nin rəisi general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanovun rəhbərlik etdikləri nümayəndə heyətləri də təntənəli mərasimdə iştirak etdilər.