• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

ABŞ İraqa sanksiyalar qoymağa hazırlaşır

ABŞ İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması barədə qətnamə qəbul etməsi səbəbindən bu ölkəyə qarşı sanksiyaları müzakirə etməyə başladı.

Bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasındakı mənbəyə istinadla məlumat yaymışdır. Məlumata görə, sanksiyalarda ABŞ biznesinin İraqın işgüzar dairələri ilə çalışmasına qadağalar nəzərdən keçirilir.

İqtisadi məhdudiyyətlərin tətbiq olunacağı təqdirdə aparıcı rolu Ağ ev və ABŞ Maliyyə Nazirliyi oynayacaq. Mənbələrdən birinin sözlərinə görə, hazırkı müzakirələr ilkin xarakter daşıyır və sanksiyaların tətbiq olunacağı məsələsi hələ də dəqiqləşməmişdir. Vaşinqton hələlik Bağdadın bəyanatdan sonrakı addımlarını gözləyir.