• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Mərkəzi Asiya - turist bölgəsi seçildi

Amerika-Avstraliya nəşri “Lonely Planet” Mərkəzi Asiyanı 2020-ci ildə turist səfərləri regionu seçdi.

Onlayn-xidmət səyahətçiləri Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana səfər etməyə çağırır.

“Lonely Planet” bildirir ki, bir vaxtlar ticarəti və səyyahları ilə məşhur olan bu region yenidən dünyanın diqqət mərkəzindədir. Mərkəzi Asiyanın Böyük İpək yolu üzərində olan qədim şəhərləri, səs-küylü bazarları, əsrarəngiz təbiəti bu regiona daha çox turist cəlb edir.

Bu sahənin ekspertlərinin fikrincə, Mərkəzi Asiya regionu arasında Özbəkistan birinci yer tutur. Belə ki, 90 ölkə ilə vizasız rejimin tətbiqi, elektron vizaların işə salınması, qonşu dövlətlərlə isti münasibətlərin yaradılması xarici turistlərin sayının artması üçün yaxşı göstəricidir.