• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Məhsul ixracından gələn gəlir artmaqda davam edir

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan 18,3 milyard dollar məbləğində məhsul ixrac etmişdir.

Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,17 faiz çoxdur.

İxracda dövlət sektorunun payı 11,954 milyard dollar, özəl sektorun payı 7,195 milyard dollar, fiziki şəxslərin payı 53 milyon dollar təşkil etmişdir.

Hesabat dövründə ixrac edilən malların tərkibinə daha çox neft və neft məhsulları, təbii qaz, meyvə və tərəvəz, eləcə də plastik kütlə və plastik kütlədən olan məmulatlar daxildir.