• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Paşinyan Trampı təbrik etdi...

Bu gün erməni jurnalist Diana Arutunyan öz Feysbuk səhifəsində şok məlumat yaydı.

Jurnalistin yazdığına görə, Ermənistan Baş naziri Nikol Paşinyan əfsanəvi general, Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etmişdir.

 Paşinyan təbrikində terrorla bundan sonrakı mübarizədə uğurlar arzu etdi.

“Ermənistan ABŞ-ın İraqda beynəlxalq terrora qarşı mübarizəsindəki nailiyyətləri alqışlayır”, - deyə Paşinyan bildirdi.

Ermənistan baş nazirinin sözlərinə görə, onun ölkəsi qlobal terrorun təhlükələrilə üzləşən ilk ölkələrdən olmuşdur.

İraq Xarici İşlər Nazirliyi Ermənistan rəhbərinin təbrik məktubuna reaksiya verərək, “Paşinyanı Ermənistan xalqının seçdiyi və İranda heç kimin erməni xalqını təhqir etmək istəmədiyini” bildirdi.