• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qardaş ölkələr daha bir uğura imza atdılar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla iqtisadi əməkdaşlığa dair protokolu təsdiqlədi.

R.T.Ərdoğanın təsdiq etdiyi sənəd Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokoludur.

Qeyd edək ki, 2019-cu ilin sentyabrın 16-da Bakıda Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilmişdir.

İclasda Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə edilmiş, həmçinin, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın protokoluna əlavə kimi tərtib edilmiş Fəaliyyət Planı da qəbul edilmişdir.