• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İslam ölkələrini birləşdirən yollar

Yaxın gələcəkdə İran ilə Azərbaycanı yalnız dəmir yolu deyil, həmçinin avtomobil yolu da birləşdirəcək.

Bu sözləri Astarada səfərdə olan İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami dedi. O bildirdi ki, Ərdəbil-Astara magistral yolu hazırda genişləndirilir və yaxın günlərdə başa çatacaq. Bundan başqa, Ənzəli limanından da Astaraya çəkilən yolun inşası davam etdirilir. Bu yollar Azərbaycan ilə İran arasındakı nəqliyyat əlaqələrini inkişaf etdirəcək. İki ölkə arasında nəqliyyat əlaqələrinin genişlənməsi ticarət dövriyyəsinin artmasına və tranzit imkanlarının genişlənməsinə böyük imkanlar yaradır.

Nazir vurğuladı ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan bu yollardan təkcə İran ilə Azərbaycan deyil, regionun digər ölkələri də faydalanacaq.