• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Elmar Məmmədyarov İrana başsağlığı verdi.

Yanvarın 4-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif ilə telefonla danışdı.

Nazir E.Məmmədyarov general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verdi.