• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistan MDB-yə sədrlik edəcək

Yanvarın 1-dən Özbəkistan bir il ərzində MDB-yə sədrlik edəcək.

 MDB Dövlət Başçıları Şurası ötən il oktyabrın 11-də Aşqabadda keçirilən iclasında bu barədə qərar qəbul etdi.

Özbəkistan eyni vaxtda həm də MDB Hökumət Başçıları Şurasına, Xarici İşlər Nazirləri Şurasına və İqtisadi Şuraya rəhbərlik edəcək.

Özbəkistanın MDB-yə sədrliyi dövründə bir il ərzində təxminən 70 tədbirin keçiriləcəyi, həmçinin 10-dan artıq sənədin qəbul ediləcəyi gözlənilir.