• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistanda silsilə sənədli filmlər çəkiləcək

Özbəkistanda Müstəqil Dövlətlər Birliyinə üzvü ölkələrin qazandığı uğurlardan bəhs edən silsilə sənədli filmlər çəkiləcək.

Bu barədə “Özbəkkino”nun baş direktoru Firdavs Abduxalikov mətbuata açıqlamasında bildirdi.

O dedi ki, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevlə Daşkənddə keçirilən görüşündə bu məsələlər geniş müzakirə olunmuşdur. F.Abduxalikov vurğuladı ki, filmlərdə 2020-ci ildə Özbəkistanla MDB dövlətləri arasında əməkdaşlıqdan da bəhs olunacaq və bu ekran əsərləri Birlik ölkələrinin dövlət kanallarında nümayiş etdiriləcək.