• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində daha da təkmilləşdirilmiş elektron müraciət sisteminin təqdimatı olub

Sentyabrın 20-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM)) hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində daha da təkmilləşdirilmiş elektron müraciət sistemi ilə bağlı təqdimat keçirilib.

 Təqdimatda mərkəzin icraçı direktoru Vüsal Qasımlı “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində aparılan islahat prosesində sahibkarlıq subyektləri ilə iş nəzərdə tutulan icra və kommunikasiya planının prioritet istiqamətlərindən olduğunu deyib. Bildirib ki, buna görə də yeni elektron sistem üzrə sahibkarlıq subyektləri üçün aparılan təlim və görüşlər davamlı olaraq həyata keçiriləcək.