• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Qatil Putin, Suriyadan get!"

İstanbulda Rusiyanın Əsəd rejiminə İdlibdə verdiyi dəstəyə görə etiraz aksiyası keçirildi.

Bu barədə “Frans Press” agentliyi məlumat yaymışdır. Məlumata görə, aksiyaya bir neçə yüz nümayişçi qatılmışdır.

Etiraz aksiyasına qatılanlar Türkiyədə yaşayan suriyalılardır. Onlar “Qatil Putin, Suriyadan get!” şüarı ilə öz etirazlarını bildirdilər.