• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Döyüşlər yenidən alovlana bilər

Ermənistan Rusiyadan Su-30 qırıcıları əldə etdiyinə görə sevinməyə bilər, belə ki, 2020-ci ilin birinci yarısında Azərbaycan HHQ də bu qırıcıları əldə edərək, öz arsenalını zənginləşdirəcək.

Bu sözləri “Revyu” proqramının efirində siyasi elmlər namizədi, Cənubi Qafqazın geosiyasəti üzrə erməni mütəxəssis Anjela Əlibəyova (Elibeqova) demişdir.

Onun sözlərinə görə, Ermənistanın Su-30 çoxfunksiyalı təyyarələrini əldə etməsindən sonra Azərbaycan da Rusiya istehsalı olan bu qırıcıları alacaq.

“Böyük ehtimalla Azərbaycan tərəfi istədiyini əldə edəcək. Biz buna hazır olmalı və Rusiyanın yeni nəsil qırıcılarını Azərbaycana satmasına təəccüblənməməliyik”, - deyə erməni ekspert bildirdi.

Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün ssenariləri barədə danışan Əlibəyova 2020-ci ildə Azərbaycanda seçkilərin gözlənildiyini və çox şeyin Bakıdakı siyasi proseslərdən asılı olacağını qeyd etdi:

“Azərbaycan münaqişəni hərbi yolla həll etməyə çalışır, ancaq bu, təkcə Bakının deyil, həm də üçüncü tərəflərin mövqeyindən asılıdır. Hazırda Azərbaycan Minsk Qrupu həmsədrləri ilə fəal danışıqlar aparır.